Gəncədə oğru iş başında yaxalandı - FOTO 

Gəncədə oğru iş başında yaxalandı - FOTO 

Hazırda oxunan: Gəncədə oğru iş başında yaxalandı - FOTO 

67656

Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, aprelin 1-də gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.

Obyektə baxış zamanı mağazanın arxa pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığı və içəriyə daxil olunduğu müəyyən edilib.  

Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. 
İstinaq zamanı mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini İlham Zeynalabdıyev müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO