Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Hazırda oxunan: Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

643491

Rusiyada sürücülük vəsiqəsi almaq istəyənləri yeni qaydalar gözləyir. 2027-ci il martın 1-dən etibarən sürücülük imtahanlarının audio-video qeydiyyatının aparılması nəzərdə tutulur. Yeniliyin əsas məqsədi imtahan prosesində şəffaflığın artırılması və mümkün mübahisəli halların qarşısının alınmasıdır.

Bəs Rusiyada tətbiq olunacaq bu təcrübə Azərbaycanda da reallaşdırıla bilərmi?

Nəqliyyat üzrə ekspert Orxan Şərifovun Bizim.Media-ya verdiyi açıqlamaya görə, Azərbaycanda sürücülük imtahanı prosesinə dair artıq müəyyən texniki tələblər var.

Belə ki nəzəri imtahan zalında videokameralar mövcuddur. Praktiki imtahanlarda isə avtomobillərdən istifadəsi zamanı sürüş prosesini qeydə alan videokameralarla təchiz edilib.  

“Sürücülük vəsiqəsinin verilməsi “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin IV-I hissəsinə əsasən təyin olunur. Bu zaman imtahan zalında videokamera olmalı, imtahan prosesi isə interaktiv monitorlarda əks etdirilməlidir. Yəni qanun imtahan zalında videokameranın olmasını nəzərdə tutur. Lakin bu, bütün imtahan prosesinin səs və görüntü ilə fasiləsiz qeydə alınması demək deyil. Hər halda Rusiyada tətbiqi planlaşdırılan audio-video qeydiyyatında səsin də qeydə alınması məsələsi diqqət çəkir. Əlbəttə ki, Azərbaycanda da Rusiyadakı kimi audio-video qeydiyyatının tətbiq edilməsi imtahanların şəffaflığını artırmaq və hər hansı mübahisəli vəziyyətin qarşısını almaq üçün faydalı ola bilər”.

Ekspert diqqətə çatdırdı ki, belə bir sistemin tətbiq edilə bilməsi texniki cəhətdən mümkün olsa da, həyata keçirilməsi rəsmi qərarla qüvvəyə minməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO