Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

Hazırda oxunan: Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

643533

“Putinlə Sankt-Peterburqda keçirilən danışıqları konstruktiv oldu”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

O qeyd edib ki, bugünkü danışıqlar ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə davam etdiriləcək.

“Oslo və Sankt-Peterburqda Cared Kuşnerlə birlikdə müharibəyə son qoymaq məqsədilə Prezident Donald Trampın missiyasını irəli aparmaq üçün Rusiya, Ukrayna və Avropa liderləri ilə görüşdük.
 

Sankt-Peterburqda Prezident Vladimir Putinlə görüşərək Osloda Prezident Volodimir Zelenski ilə əldə olunan irəliləyişi davam etdirmək, sülh nizamlanmasının çərçivələrini müzakirə etmək və ailəsinin yanına qayıdan ABŞ vətəndaşı Stiven Habberdin azad edilməsinə görə Putinə təşəkkür etmək imkanı qazandıq.


Bu müzakirələr konstruktiv oldu və ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların texniki səviyyəsində davam etdiriləcək”, – deyə Uitkoff yazıb.

O əlavə edib ki, görüləsi mühüm işlər hələ çox olsa da, Prezident Tramp müharibəyə son qoymaq, gələcək nəsillərin təhlükəsizliyini və rifahını təmin edəcək hərtərəfli və davamlı sülhə nail olmaq öhdəliyinə sadiqdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO