Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

Hazırda oxunan: Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

643509

Azərbaycanın U-16 milli komandası FİFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb.

Bizim.Media xəbər verir ki, məşqdən əvvəl A milli komandamızın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.
 

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”, – deyə Ayxan Abbasov bildirib.


Daha sonra o, yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO