Okeanın dibində 12 minə yaxın naməlum virus aşkarlandı – KƏŞF

Okeanın dibində 12 minə yaxın naməlum virus aşkarlandı – KƏŞF

Hazırda oxunan: Okeanın dibində 12 minə yaxın naməlum virus aşkarlandı – KƏŞF

643546

Çinin Çunçin Universitetinin tədqiqatçıları Sakit okeanın dibində geniş mikroorqanizm ekosistemi aşkar ediblər.

Bizim.Media xəbər verir ki, alimlər Havay adaları ilə Meksika arasında yerləşən Klarion-Klipperton zonasından götürülmüş 60-dan çox dib çöküntüsü nümunəsini araşdırıblar. 

Tədqiqatlar nəticəsində 11 742 virus müəyyən edilib. Onlardan 11 662-si əvvəllər elmi kataloqlarda qeydə alınmayıb.

Genetik analiz göstərib ki, virusların zülal ardıcıllıqlarının cəmi 4 faizi mövcud beynəlxalq məlumat bazalarındakı nümunələrlə uyğunluq təşkil edir. Bu nəticə dərin dəniz ekosisteminin özünəməxsusluğunu ortaya qoyub.
 

Aşkar edilən viruslar insan sağlamlığı üçün təhlükə yaratmır. Onların böyük əksəriyyəti bakteriofaqlar kimi tanınan “Caudoviricetes” sinfinə aiddir. Bu viruslar yalnız bakteriyaları yoluxdurur, onların sayını tənzimləyir və dəniz dibində maddələr mübadiləsində iştirak edirlər.


Viruslar karbon, azot, fosfor və kükürdün qlobal dövranında da mühüm rol oynayırlar. Bakteriya hüceyrələrini parçalayaraq qida elementlərinin ətraf mühitə qaytarılmasına şərait yaradır, həmçinin mikroblara zəhərli çöküntülərin təsirinə tab gətirməyə kömək edən genləri ötürürlər.

Kəşf regionda sənaye fəaliyyətinin genişləndirilməsi planları fonunda xüsusi əhəmiyyət daşıyır.

Belə ki, dəniz dibində elektromobillərin müasir batareyalarının istehsalında istifadə olunan nikel, kobalt və manqanla zəngin milyardlarla mineral törəmə mövcuddur. Tədqiqatçılar əldə olunan nəticələrdən gələcəkdə sənaye hasilatına başlanılmadan əvvəl ekoloji tarazlığın monitorinqi üçün ilkin baza kimi istifadə etməyi planlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO