ABŞ Prezidenti Donald Tramp öz qərarları və addımları ilə Ukraynanın müdafiə qabiliyyətini zəiflədir və Kiyevi Rusiyaya ərazi güzəştlərə getməyə məcbur etmək üçün ona əlavə təzyiq göstərir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Ordusunun istefada olan general-leytenantı Ben Hoces "Euronews"a müsahibəsində bildirib.
Generalın sözlərinə görə, Amerika administrasiyasının mövcud kursu ilk gündən proqnozlaşdırılan idi:
"O, heç vaxt Ukraynanı dəstəkləmək fikrində olmayıb və Rusiyanın tərəfini tutmaq niyyətində idi. Bu administrasiyanın Rusiya ilə bağlı hərəkətlərinin dürüstlüyünə inanmıram".
Hoces hesab edir ki, Vaşinqton Ukrayna rəhbərliyini müharibəni Rusiyanın işğal olunmuş əraziləri saxlamasına imkan verən şərtlərlə bitirməyə sövq etməyə çalışır.
General qeyd edib ki, bu, administrasiyanın lap əvvəldən məqsədi olub.O, xatırladıb ki, ABŞ Dövlət Katibi Rubio vəzifəyə gəldiyi ilk həftələrdə Ukraynanın müharibəni dayandırmaq üçün ərazisinin bir hissəsindən imtina etməli olacağını bildirib:
“Bu isə Manhettendəki daşınmaz əmlak sövdələşməsinə bənzəyir”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:04 / 21.10.2026
General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”
Hazırda oxunan: General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”
Hazırda oxunan: General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”
643503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































