Rusiyalı jurnalistin mənzilində axtarış aparılır – ÖZÜ XARİCDƏDİR

Rusiyalı jurnalistin mənzilində axtarış aparılır – ÖZÜ XARİCDƏDİR

Hazırda oxunan: Rusiyalı jurnalistin mənzilində axtarış aparılır – ÖZÜ XARİCDƏDİR

643504

Rusiyanın Pskov şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist Svetlana Prokopyevanın mənzilində axtarış həyata keçirirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistin özü "Sever.Realii" nəşrinə məlumat verib.

Müstəntiq axtarışın Rusiya ordusunu "nüfuzdan salma" işi ilə bağlı olduğunu təsdiqləyib.

İstintaq Komitəsinin əməkdaşları həmçinin Rusiyada qadağan olunmuş təşkilatların simvollarını axtarırlar.

Prokopyeva hazırda xaricdə yaşayır. 2023-cü ilin sentyabrında tarixçi Vasili Jarkovla müsahibəyə görə ordunu "nüfuzdan salma" maddəsi ilə 35 min rubl məbləğində cərimələnib, 2024-cü ilin iyulunda isə axtarışa verilib.

Jurnalist 2023-cü ilin iyununda "xarici agent" siyahısına salınıb və 2026-cı ilin aprelində müvafiq öhdəlikləri yerinə yetirmədiyinə görə 30 min rubl cərimələnib.

2019-cu ildə Arxangelskdə FSB binasındakı partlayışla bağlı şərhinə görə ona qarşı terrorizmə bəraət qazandırma maddəsi ilə cinayət işi açılmışdı. İttiham tərəfi 6 il həbs istəsə də, məhkəmə ona 500 min rubl cərimə cəzası kəsmişdi.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO