Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

643559

Heyvan hüquqlarını müdafiə edən PETA təşkilatı “Kristal Pelas” klubundan canlı qartaldan maskot kimi istifadəni dayandırmağı tələb edib.

Bizim.Media xəbər verir ki, BBC-nin məlumatına görə, təşkilat bununla bağlı klubun icraçı direktoru Şeron Leysiyə məktub ünvanlayıb.

2014-cü ildən London təmsilçisinin maskotu Feniks adlı qartaldır. Ondan əvvəl bu rolu 10 il ərzində Kayla adlı dişi qartal yerinə yetirib.
 

PETA hesab edir ki, stadiondakı səs-küy quşun qorxmasına, istiqamətini itirməsinə və panikaya düşməsinə səbəb ola bilər. Təşkilat bunun həm qartal, həm də azarkeşlər üçün təhlükə yaratdığını bildirir.


Qeyd edək ki, “Kristal Pelas” 1973-cü ildən “qartallar” ləqəbi ilə tanınır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO