Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

643444

Kartdan karta pul köçürmələrində komissiya haqqı kəskin azaldılır. Bu Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Nəzərə alaq ki, hazırda yerli banklar kartdan-karta köçürmə zamanı müxtəlif miqdarda komissiya haqqı tutur. Bəzi banklar köçürülən məbləğin 0,2 faizindən 0,5 faizinə qədər xidmət haqqı hesablayır və bu vəsait göndərən şəxsin hesabından çıxır.

Bəzi banklar isə vəsaitin miqdarından asılı olmayaraq ən az məbləği belə 1,5 manat komissiya hesablayır. Bu da haqlı narazılıq doğurur. Çünki 10 manat köçürmə üçün əlavə olaraq 1,5 manat pul ödəmək heç də ədalətli deyil. Onu da qeyd edək ki, vəsaitin həcmi artdıqca, xidmət haqqı da artır.

Bizim.Media ilkin olaraq banklar tərəfindən kartdan karta köçürmələr üçün xidmət haqlarını təqdim edir:


AMB-nin yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib. Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub. 

Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır. 

 

Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub. 


Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.

Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.

Sistemlər üzrə yeni tariflərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

//uploads.cbar.az/assets/5fb0145f81f2bd5e01c0861fe.pdf

Göründüyü kimi növbəti ildən kartdan karta köçürmələrdə konkret xidmət haqqı müəyyən edilib. Belə ki, 100 manatadək köçürmə üçün 3, 1000 manatadək köçürmə üçün 10, 10 000 manatadək köçürmə üçünsə cəmi 50 qəpik xidmət haqqı tutulacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO