İsrail vətəndaşı sosial şəbəkədə Zelenskiyə "like" qoydu, Rusiyaya buraxılmadı

İsrail vətəndaşı sosial şəbəkədə Zelenskiyə "like" qoydu, Rusiyaya buraxılmadı

Hazırda oxunan: İsrail vətəndaşı sosial şəbəkədə Zelenskiyə "like" qoydu, Rusiyaya buraxılmadı

643493

Moskvada təhsil alan İsrail və Ukrayna vətəndaşı Noa Koenin (ad şərtidir) "Şeremetyevo" hava limanında telefonu yoxlanıldıqdan sonra Rusiyaya girişi qadağan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

2021-ci ildən Rusiya ali məktəbində oxuyan qız 2025-ci ilin yayında Minsk vasitəsilə Moskvaya uçub. “Şeremetyevo” hava limanında onun telefonu alınıb və o, təxminən 7 saat sərhədçi ilə söhbət edib.
 

Məhkəmə sənədlərinə əsasən, qızın telefonunda Volodimir Zelenski, Yuliya Navalnıya, Maksim Qalkin və müxalif musiqiçilərin paylaşımlarına, Ukrayna Ordusunun (HSV) hərbçilərinə və İsrailin Fələstinlə bağlı siyasətinə qoyulan bəyənmələr ("like") tapılıb. Həmçinin yazışmalarda "rusnya" sözünün işlədildiyi müəyyən edilib.


Sərhədçilər qızın Rusiyaya girişini qadağan edərək onu Minskə geri göndəriblər. Qız vəkili vasitəsilə bu qərardan şikayət etsə də, Rusiya məhkəməsi onun əməllərini "Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid" kimi qiymətləndirərək idddanı rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO