Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

643480

Bu il oktyabr ayı keçir. Ötən 21 gündə Bakı və Abşeron yarımadasında orta tempratur +23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması +16,1 dərəcədir.

Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır.

Xüsusilə payızlıq əkinlər üçün belə havalar çox arzuolunandır.
 

Mənzil təsərrüfatı üçün də belə hava əlverişlidir. Çünki havalar yağıntılı və soyuq keçəndə istilik sistemləri daha tez işə salınır. İndiki halda hələ buna ehtiyac yoxdur. Lakin bəzi insanlar havanın belə isti keçməsindən narahatlıq keçirir. Anomal havanın hansısa fəsadlar törədə biləcəyindən ehtiyatlanırlar.


Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, oktyabr ayında belə havanın müşahidə olunması Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterikdir:

“Adətən bu ayda cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz.

Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Ona görə də narahatlığa əsas yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO