“Valideynlərə müraciət edirəm: uşaqlarınızın peyvənd təqvimini yoxlayın. Uşağınıza vaxtında hansısa peyvənd olunmayıbsa, bunu gecikmiş hesab edib kənara qoymayın. Yaşadığınız ərazi üzrə tibb müəssisəsinə müraciət edib, uşaqlarınıza hansı peyvəndlərin vurulmasına ehtiyac olduğunu dəqiqləşdirin”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova bildirib.
“Bəzən bizə elə gəlir, qızılca, difteriya, göy öskürək kimi xəstəliklər keçmişdə qalıb. Və ya uşaqlar mütləq bəzi infeksion xəstəliklərə yoluxmalıdırlar. Bu gün dünyanın bir çox ölkələrində baş verən epidemiyalar bunun belə olmadığını göstərir.
Qızılca sadəcə bir neçə gün ərzində müşahidə olunan səpki, halsızlıq və hərarət deyil. Qızılca ağciyərlərin, beynin iltihabına, görmə problemlərinə səbəb ola bilər. Bəzi hallarda isə həyati təhlükələrə yol aça bilər. Bu gün ABŞ kimi bir sıra inkişaf etmiş ölkələrdə qızılca ölümlərə səbəb olur.
Uşaqları qorumaq üçün əlimizdə effektivliyi illərlə sübut olunmuş peyvəndlər var. TƏBİB tərəfindən artıq 33 mindən çox uşaq 45 mindən çox vaksinlə peyvənd olunub. Bunlar arasında 9 600-dən çox QPM (qızılca, məxmərək, parotit) peyvəndi də var", - deyə Töhfə Cəmilova qeyd edib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:13 / 22.09.2026
TƏBİB-dən qızılca ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: TƏBİB-dən qızılca ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: TƏBİB-dən qızılca ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
638119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































