İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA
637032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutları hava şəraiti ilə əlaqədar təxirə salınıb.
 
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.
 
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Ötən ay Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut "Şıxarx" qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO