Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Hazırda oxunan: Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

629002

Bakıda ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

Bizim.Media xəbər verir ki, avqustun 1-i saat 07 radələrində 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli xalasının yaşadığı C.Xəndan küçəsi ev 42 A-nın pəncərəsindən yıxılıb.

18-ci mərtəbədən yıxılan gənc oğlan hadisə yerində ölüb.
 

Oxşar hadisə Nizami rayonunda da baş verib. Belə ki, avqustun 3-ü saat 01 radələrində Şabran sakini, 2006-cı il təvəllüdlü Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı Özbəkistan küçəsi ev 7, mənzil 133-ün eyvanından yıxılıb. 20 mərtəbəli binanın 20-ci mərtəbəsindən yıxılan qız da vəfat edib.


Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluqlarında araşdırma aparılır. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO