Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı - ÖZƏL

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı - ÖZƏL

Hazırda oxunan: Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı - ÖZƏL

624281

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı 6 mini ötüb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

 

Məlumata görə, hazırda ölkədə 6376 nəfər autizm sindromlu əlilliyi olan uşaq var. Onlardan 5101 nəfəri oğlan, 1275 nəfər isə qızdır. Ölkə üzrə autizm sindromlu əlilliyi olan şəxslərin ümumi sayı isə 7117 nəfər təşkil edir. Onlardan 5711 nəfəri kişilərin, 1406 nəfəri isə qadınların payına düşür.

Xatırladaq ki, ötən il ölkədə ümumilikdə autizm sindromlu əlilliyi olan şəxslərin sayı 5 min nəfər təşkil edib. 2024-cü ildə isə 4064 uşaq autizm diaqnozu ilə əlillik təyinatı alıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO