“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Hazırda oxunan: “Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

642670

"Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.
 

Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.


Qeyd edək ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO