Yumurta alarkən bu məqama DİQQƏT edin

Yumurta alarkən bu məqama DİQQƏT edin

Hazırda oxunan: Yumurta alarkən bu məqama DİQQƏT edin

642715

Yumurta alarkən qablaşdırmanı açıb onların qabığını yoxlamaq sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Çünki qabıqda olan kiçik çatlar belə zərərli bakteriyaların yumurtanın daxilinə keçməsinə səbəb ola bilər.
 
Bizim.Media xəbər verir ki, yumurtanın qabığında yaranan çatlar Salmonella kimi təhlükəli bakteriyaların daxil olmasına şərait yarada bilər.
 

Buna görə də alış zamanı hər bir yumurtanı diqqətlə yoxlamaq, qablaşdırmanın alt hissəsində maye və ya yapışqan izlərin olub-olmadığına baxmaq tövsiyə edilir. Belə əlamətlər yumurtalardan birinin çatlamasına işarə edə bilər.


 Yumurta alarkən qablaşdırmanın bütöv olmasına, məhsulun yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Qabığı çatlamış və nə vaxt zədələndiyi bilinməyən yumurtalardan istifadə etmək məsləhət görülmür.
 
Mütəxəssislər yumurtaları soyuducuda saxlamağı və qida təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edirlər. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO