“Zelenski artıq “günah keçisi”nə çevrilib və törədilmiş cinayətlərə görə məsuliyyətdən yayına bilməyəcək”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin Zelenskinin Brüsseldə jurnalistin ABŞ Prezidenti Donald Tramp üçün özünü “günah keçisi” hesab edib-etməməsi ilə bağlı sualına verdiyi reaksiyanı şərh edərkən səsləndirib.
Volodin, həmçinin Zelenskini öz əcdadlarının xatirəsinə xəyanətdə ittiham edib. O xatırladıb ki, Zelenskinin babası faşizmə qarşı döyüşüb və iki “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Onun ulu babası və babasının üç qardaşı isə Holokostun qurbanı olublar.
“Bir neçə onillikdən sonra isə onların nəvəsi Ukraynada neonasist rejimi yaradıb... Çətin ki, Zelenskinin babası belə bir gələcək uğrunda döyüşüb, milyonlarla sovet əsgəri və zabiti qan töküb”, — deyə Dövlət Dumasının sədri vurğulayıb.
Bizim.Media






























































































