Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskinin istefası ilə bağlı çağırışlarına qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, Lukaşenko bildirib ki, Ukrayna dövlətinin başçısının kim olacağına Ukrayna xalqı özü qərar verməlidir.
“Tramp Ukraynaya nə etməli olduğunu diktə etməməlidir”, – deyə Belarus lideri vurğulayıb.
Bununla yanaşı, Lukaşenko Ukraynada seçkilərin keçirilməsinin zəruri olduğu barədə Trampın mövqeyi ilə razılaşıb.
O, Zelenskinin əvvəllər yalnız bir müddət prezident olmaq niyyətində olduğu barədə açıqlamalarını xatırladıb.
Belarus Prezidenti, həmçinin Kiyevin ABŞ-nin hərbi yardımı və kəşfiyyat məlumatlarından asılılığının Vaşinqtonun Ukraynaya təsir imkanlarını artırdığını bildirib.
Bizim.Media


























































































