6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Hazırda oxunan: 6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

642740

Türkiyədə anası Fatmanur Çeliklə birlikdə şübhəli şəkildə öldürülən və meyiti tapılan 6 yaşlı Hifa İkra Şengülərin cinsi istismara məruz qalması ilə bağlı iş üzrə təqsirləndirilən şəxsə bəraət verilib.

Bizim.Media “Cumhuriyet”ə istinadən xəbər verir ki, “Qurana Hizmet” Vəqfinin rəhbərlərindən olan Ayhan Şengülər barəsində qərar İstanbul Anadolu Ədliyyəsində keçirilən məhkəmə iclasında elan olunub.

Məlumata görə, məhkəmə iclasından əvvəl qadın hüquqları müdafiəçiləri ədliyyə binasının qarşısında toplaşaraq Fatmanur Çelik və qızı Hifa İkra üçün ədalət tələb ediblər. İclasda İstanbul və Bursa vəkillər kollegiyaları, siyasi partiyalar və müxtəlif qadın hüquqları təşkilatları prosesə qoşulmaq üçün müraciət ediblər. Lakin məhkəmə müdafiə tərəfinin prosesin qapalı keçirilməsi ilə bağlı qərarın ləğv olunması tələbini təmin etməyib.
 

Şikayətin hadisədən təxminən il yarım sonra verilməsi və istismar zamanı şahidlərin olmaması əsas gətirilərək təqsirləndirilən şəxsin bəraət alması istənilib. Qadın hüquqları müdafiəçiləri isə bu arqumentlərə etiraz edərək uşaqlara qarşı cinsi istismar hallarında şahidin olmamasının təbii olduğunu bildiriblər. Onlar həmçinin işin tibbi rəylər əsasında başladığını vurğulayıblar. Məhkəmənin qərarına etiraz edən qadın təşkilatlarının nümayəndələri və vəkillər proses başa çatmamış iclas zalını tərk edərək hakimlərə etirazlarını bildiriblər.


Xatırladaq ki, Fatmanur Çelik daha əvvəl uşaqlıq yaşlarında “Qurana Hizmet” Vəqfinin rəhbərlərindən olan Ayhan Şengülər tərəfindən cinsi istismara məruz qaldığını və sonradan onunla evləndirildiyini iddia etmişdi. O, eyni şəxsin qızı Hifa İkranı da üç yaşından etibarən istismar etdiyini bildirmişdi.

Çelik məsələ ilə bağlı ədalət tələb edərək İstanbul Anadolu Ədliyyəsinin qarşısında həftələrlə etiraz aksiyası keçirib. O, açıqlamalarında özünün və qızının təhlükəsizliyindən narahat olduğunu da ifadə edib.

Martın 2-də Fatmanur Çelik və qızı Hifa İkranın meyitləri İstanbulun Zeytinburnu rayonunda, Kazlıçeşme sahilində aşkarlanıb. Onların ölümü ilə bağlı şübhələr və istismar iddiaları Türkiyədə geniş ictimai rezonans doğurub. Qeyd edək ki, məhkəmənin bəraət qərarı ictimai etirazlara səbəb olub. Qadın hüquqları müdafiəçiləri iş üzrə mübarizəni davam etdirəcəklərini bildiriblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO