Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Hazırda oxunan: Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz
642623
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər ölkəmizdə sığortaya maraq artıb. İnsanlar daşınan və daşınmaz əmlaklarını, kreditlərini, hətta həyatlarını sığorta edirlər.

Sığortanın ən çox maraq göstərilən növlərindən biri də mənzillərin sığortasıdır. Müsbət haldır ki, son zamanlarda daşınmaz əmlakın sığortalanmasında bir canlanma var. Lakin bəzən müxtəlif səbəblərdən sığortalanmış mənzili satmaq zərurəti yaranır. Bu zaman isə sığorta müqaviləsinin aqibəti və əvvəlcədən ödənilmiş sığorta haqqının geri qaytarılması məsələsi gündəmə gəlir.

Bu məsələ necə tənzimlənir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, sığorta müqaviləsi bağlanarkən və ya sığorta hadisəsi baş verərkən şəxsin həmin əmlakla bağlı sığorta marağı olmalıdır:
 

"Bu maraq əmlakın mülkiyyətçisinə, icarəçisinə, ailə üzvlərinə və ya əmlakla müəyyən bağlılığı olan digər şəxslərə aid ola bilər. Mənzil satıldıqda əvvəlki mülkiyyətçinin həmin əmlakla bağlı sığorta marağı itir. Bu halda mövcud sığorta müqaviləsi avtomatik olaraq yeni sahibin adına keçmir. Mənzilini satan şəxs sığorta müqaviləsinə xitam verərək ödədiyi sığorta haqqının istifadə olunmamış hissəsini geri ala bilər.


Bu zaman sığorta şirkəti tərəfindən müəyyən inzibati xərclər tutulur. Qalan məbləğ isə müqavilənin istifadə olunmamış müddətinə uyğun olaraq əvvəlki sahibə qaytarılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO