Fransalı mütəxəssisin Arsen Venger FİFA prezidentliyinə namizədliyini irəli sürmək ideyasından imtina edilib.
Bizim.Media xəbər verir ki, bu bardə “The Guardian” nəşri məlumat yayıb.
Bundan əvvəl qurumun hazırkı prezidenti Canni İnfantinoya qarşı çıxan şəxslər Vengeri potensial namizədlərdən biri kimi nəzərdən keçirirdilər.
76 yaşlı Vengerdən başqa, UEFA prezidenti Aleksander Çeferin, KONKAKAF-ın rəhbəri Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti Salman bin İbrahim Əl-Xəlifə də FİFA prezidentliyi uğrunda mübarizəyə qatılmaqdan imtina ediblər.
Qeyd edək ki, Venger 2019-cu ildən FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır. O, 1996–2018-ci illərdə Londonun “Arsenal” klubunun baş məşqçisi olub və komanda ilə 3 dəfə İngiltərə çempionu olub.
Bizim.Media


























































































