Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Hazırda oxunan: Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

642727

Erməni tələbələr Türkiyədə, türkiyəli tələbələr isə Ermənistanda təhsil ala biləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin müavini Vaahn Aleksanyan Ermənistanın İctimai Televiziyanın efirində bildirib.

O, həmçinin hava daşımaları sahəsində irəliləyiş əldə olunduğunu qeyd edib. Aleksanyanın sözlərinə görə, Axalkalaki–Qars dəmir yolunun açılması sayəsində Ermənistan və Türkiyə arasında malların idxalı və ixracı artıq vasitəçilər olmadan həyata keçirilir.

Aleksanyan Ermənistan-Türkiyə sərhədinin gözləniləndən daha tez açıla biləcəyini bildirib.

Bundan əvvəl Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Ermənistan və Türkiyə arasında ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanını müzakirə edildiyini bildirmişdi.

Mirzoyanın sözlərinə görə, İrəvan və Ankara arasında artıq konkret razılaşmalar mövcuddur və onların həyata keçirilməsi hər iki ölkədə davam etdirilir. O qeyd edib ki, 2025-ci il ərzində Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında çoxsaylı görüşlər və təmaslar baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO