Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Hazırda oxunan: Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

642629

Süni intellekt artıq yalnız ofislərdə, texnologiya sahəsində deyil, təhsildə də köklü dəyişikliklər yaratmağa başlayıb. Hətta alışdığımız təhsil sistemini tamamilə dəyişməyə yönəlib. Belə ki, ABŞ-da müəllimsiz və direktorsuz fəaliyyət göstərən süni intellekt əsaslı məktəbin işə başlaması isə gələcəyin təhsili ilə bağlı narahatlıqlar yaradır. Bir vaxtlar süni intellektin ən son əvəz edəcəyi peşələrdən biri hesab olunan müəllimlik indi bu texnoloji dəyişikliklərin mərkəzindədir. Yəni siyahı baş-ayaq dönüb.

Texnologiyanın inkişafı müəllimləri işsiz qoya bilərmi, yoxsa müəllimlik sadəcə yeni dövrün tələblərinə uyğun dəyişəcək?
 

MÖVZU İLƏ BAĞLI:

İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə


Movzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya bildirdi ki, cəmiyyət süni intellekt elmə və təhsilə bu qədər sürətlə inteqrasiya edəcəyini düşünmürdü.

“Hesab edirdik ki, sənaye, kənd təsərrüfatı və məişət sahələrində geniş tətbiq olunan bu texnologiya elmə və təhsilə daha mərhələli şəkildə daxil olacaq. Lakin təcrübə göstərir ki, vəziyyət düşündüyümüz kimi deyil. Artıq süni intellekt məktəb və müəllim fəaliyyətinə də ciddi təsir göstərməyə başlayıb”, - deyə vurğuladı.

Ekspert məsələnini mənfi tərəflərinin qaçılmaz olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu baxımdan, süni intellektin təhsildə tətbiqinə ehtiyatla yanaşmaq lazımdır. Çünki süni intellekt milli mentalitetimizi, mədəniyyətimizi, tariximizi və coğrafiyamızı hər zaman istədiyimiz səviyyədə və düzgün şəkildə təqdim edə bilməz. Milli dəyərlərimizin qorunması baxımından bu texnologiyanın elmə və təhsilə təsirinə xüsusi diqqət yetirməliyik.

“Gələcəkdə ciddi problemlərlə üzləşə bilərik”
 

“Süni intellekt avtomobil istehsalında, fabrik və zavodların idarə edilməsində, eləcə də informasiya texnologiyaları sahəsində geniş tətbiq oluna bilər. Lakin elmi, təhsili, mədəniyyəti və bütövlükdə cəmiyyətin inkişafını formalaşdıran sahələri tamamilə süni intellektin ixtiyarına buraxmaq doğru olmaz.


Düşünürəm ki, dünya da bu məsələyə biganə qalmayacaq və təhsilin süni intellektdən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısını almaq üçün müəyyən addımlar atılacaq. Elmi-texniki tərəqqinin inkişafına qarşı çıxmaq olmaz. Süni intellektin imkanlarından istifadə etmək lazımdır. Ancaq bu texnologiyanın həm məişətimizə, həm də təhsilimizə və elmimizə müdaxiləsinin müəyyən hədləri olmalıdır. Əks halda, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO