2026-cı ilin ilk 9 ayı ərzində üç özəl tibb müəssisəsi və altı fiziki şəxs barəsində müəyyən edilən qanun pozuntuları ilə bağlı vəsatət və təqdimatlar hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, AEM tərəfindən ciddi qanun pozuntuları ilə bağlı müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması barədə üç təqdimat və altı vəsatət hazırlanaraq aidiyyəti üzrə göndərilib:
"Təqdimatlardan ikisi özəl tibb müəssisələri, biri isə fiziki şəxs barədə; vəsatətlərdən biri özəl tibb müəssisəsi, beşi isə fiziki şəxslər barədə yazılıb.
Beləliklə, müvafiq tədbirlərin görülməsi üçün təqdimat və vəsatət hazırlanan üç özəl tibb müəssisəsi barədə material mövcuddur. Qeyd edək ki, fəaliyyətin məhdudlaşdırılması və dayandırılması tədbirləri qanunvericiliyə uyğun olaraq müvafiq icra orqanları tərəfindən həyata keçirilir. AEM isə yoxlama nəticələrinə əsasən sənədləri və təklifləri rəsmi qaydada aidiyyəti qurumlara təqdim edir".
Açıqlamada qeyd olunub ki, yoxlamalar zamanı fəaliyyətdə aşkarlanan nöqsanlar əsasən kosmetoloji, dermatoloji, stomatoloji və fizioterapevtik xidmətlərin göstərilməsi ilə bağlıdır:
"Aşkar edilmiş pozuntuların xarakteri və onların insan həyatı və sağlamlığı üçün yaratdığı risk nəzərə alınmaqla, qanunvericiliyə uyğun tədbirlər görülüb. Analitik Ekspertiza Mərkəzi özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarəti davam etdirir və xidmətlərin təhlükəsiz, keyfiyyətli və qanunvericiliyə uyğun təşkilinə dair aşkarlanan hər hansı pozuntuya qarşı müvafiq qanuni tədbirlərin görülməsini təmin edir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:07 / 16.10.2026
Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı
Hazırda oxunan: Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı
Hazırda oxunan: Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı
642659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































