Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçdu - FOTO

Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçdu - FOTO

Hazırda oxunan: Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçdu - FOTO

620884

Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub.
 

Belə ki, güclü külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.


Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yoluna ağacların aşması nəticəsində bir müddət bağlı qalıb.

Baş verən təbii fəlakətdən sonra rayonun aidiyyəti qurumlarının əməkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görürlər.













Tural Rasimoğlu,Bizim.Media,Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO