Göyçay rayonunda son bir neçə gündə silsilə oğurluq hadisəsi baş verib.
Göyçay sakinlərinin
Aktual.az-a verdiyi məlumata görə, oğrular, əsasən, yaşayış olmayan evlərə girərək,
qızıl-zinət əşyaları və pul aparıblar, digər əşyalara toxunmayıblar. Vətəndaşların
sözlərinə görə, hadisələrlə bağlı polisə məlumat verilib.
Faktı Göyçay
polisində də təsdiqləyiblər. Rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini
Faiq İlyasov Aktual.az-a bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb,
oğruların bir neçəsi saxlanılıb, digərlərinin axtarışı üzrə tədbirlər davam
etdirilir. Rəis müavini də təsdiqləyib ki, oğrular, əsasən, yaşayış olmayan mənzillərə
giriblər və vətəndaşlar bir müddət sonra evlərinə döndükdə, hadisədən xəbər
tutaraq, polisə məlumat veriblər.
Həsən Babayev/Aktual.az




































































































