Qəbul imtahanının ikinci cəhdi: 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Qəbul imtahanının ikinci cəhdi: 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Hazırda oxunan: Qəbul imtahanının ikinci cəhdi: 60 mindən çox abituriyent qeydiyyatdan keçib

617889

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək aparılacaq.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, I ixtisas qrupu üzrə 18 min 819, II ixtisas qrupu üzrə 16 min 892, III ixtisas qrupu üzrə 20 min 302, IV ixtisas qrupu üzrə 4319 olmaqla, ümumilikdə 60 min 332 abituriyent qeydiyyatdan keçib.
 

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.


 İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
 
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO