“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Hazırda oxunan: “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

617879

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə “Kontakt” Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırılan bu rəsmi mağaza sayəsində region sakinləri uzağa getmədən, birbaşa şəhərin mərkəzində zəngin məhsul çeşidinə cəmi bir addımla qovuşacaqlar.

Şəbəkə bu böyük addımla qədim torpaqlara müasir yaşayış standartlarını və qlobal brendləri fiziki olaraq gətirir. Yəni, burada smartfon və rəqəmsal texnologiyalardan tutmuş, məişət texnikası, mebel, ev tekstili və təmir-tikinti avadanlıqlarına qədər - Xankəndində həyatın tam bərpası üçün lazım olan hər şey yerindəcə təqdim olunacaq.

Üstəlik, Xankəndi “Kontakt”ın  Qarabağa dair ilk addımı deyil. Şəbəkə artıq 3 ildən çoxdur ki, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırılmasını uğurla həyata keçirir. Xankəndidə açılacaq yeni mağaza isə bu prosesin növbəti mərhələsidir - xidmət birbaşa fiziki mağaza konsepti ilə təqdim olunacaq.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Qarabağ Proqramı” çərçivəsində ardıcıl olaraq vətənpərvərlik layihələri həyata keçirir. Şəhid ailələri və qazilərlə bağlı təşəbbüslər və bölgələrin inkişafına yönəlmiş addımlar proqramın əsas istiqamətləri sırasında yer alır.

Xankəndidə açılacaq yeni mağaza da həmin yanaşmanın davamı olaraq həm bölgədə geniş iş yerləri yaradır, həm də əhalinin gündəlik ehtiyaclarının rahat qarşılanmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO