Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu

Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu

Hazırda oxunan: Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
617848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bağçalardakı bitkilərə zərər vuran ilbizlər xüsusilə yağışlı və nəmli havalarda böyük bir problemə çevrilə bilir. 

Bizim.Media xəbər verir ki, nəmli və isti havalarda sürətlə çoxalan bu canlılar yağışlardan sonra ortaya çıxaraq bitkilərin yarpaqlarını və gövdələrini tələf edə bilir. Kimyəvi məhsullardan istifadə etmək istəməyənlər üçün təbii sprey reseptini təqdim edirik:

Təbii zərərverici qovucunun hazırlanması

Yalnız bir neçə sadə materialla hazırlanan bu sprey yarpaq bitləri, göbələk milçəkləri, hörümçək gənələri və ilbizlər kimi bir çox bağça zərərvericisinə qarşı effektivdir.

Lazım olan məhsullar

Az miqdarda qab yuyan maye

Doğranmış qırmızı soğan

3 diş sarımsaq

1 ədəd xalapeno bibəri

İlıq su

Hazırlanma qaydası

Bir qabın içinə az miqdarda qab yuyan mayeni, doğranmış qırmızı soğanı, üç diş sarımsağı və bir ədəd xalapeno bibərini əlavə edin.

Qarışığın üzərinə ilıq su töküb yaxşıca qarışdırdıqdan sonra təxminən 12 saat saxlayın. Müddət tamam olduqdan sonra mayeni süzərək sprey şüşəsinə doldurun.
 

Bu qarışıq olduqca güclü tərkibə malikdir, buna görə də bitkilərə tətbiq etməzdən əvvəl mütləq su ilə durulaşdırılmalıdır (seyrəldilməlidir).


Mütəxəssislər və bağbanlar bu növ təbii qarışıqların zərərvericiləri uzaqlaşdırmaqda faydalı olduğunu təsdiqləsələr də, tətbiq zamanı diqqətli olmağı məsləhət görürlər. Məhlulun bitkilərə zərər verməməsi və yarpaqlarda yanıqların yaranmaması üçün spreyin səhər erkən saatlarda və ya günəş doğmazdan əvvəl vurulması tövsiyə olunur. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO