Rusiya–Ukrayna müharibəsində itkin düşən azərbaycanlının meyiti tapıldı - FOTO

Rusiya–Ukrayna müharibəsində itkin düşən azərbaycanlının meyiti tapıldı - FOTO

Hazırda oxunan: Rusiya–Ukrayna müharibəsində itkin düşən azərbaycanlının meyiti tapıldı - FOTO
617821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya–Ukrayna müharibəsində itkin düşən Azərbaycan vətəndaşının meyitinin tapıldığı bildirilir.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Astara rayonunun Siyəkəran kənd sakini Qəhrəmanov Vaqif Qazı oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib. O, Dağıstanın Xasavyurt şəhərində yaşayırmış, ailəli olub və 5 övladı var.

Bildirilir ki, Vaqif Qəhrəmanov 4 ildən artıq Rusiyada yaşayıb, Azərbaycan vətəndaşlığını daşıyıb və orada muzdlu işçi kimi fəaliyyət göstərib.

Müharibə bölgəsində itkin düşdükdən 7 ay sonra onun meyiti aşkarlanıb. Hazırda nəşinin vətənə gətirilməsi gözlənilir.

Rusiya–Ukrayna müharibəsində itkin düşən azərbaycanlının meyiti tapıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO