Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO-VİDEO

Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO-VİDEO

Hazırda oxunan: Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO-VİDEO
617658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün axşam radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə ərazisinə Balakən rayonu istiqamətindən daxil olan qeyri-sabit hava şəraiti bölgədə güclü leysan və küləklə müşahidə olunub.

Bir saata yaxın davam edən və güclü küləklə müşahidə olunan leysan yağışları nəticəsində çaylarda suyun səviyyəsi artıb. Zaqatala şəhərinin yuxarı dağlıq ərazilərinə, həmçinin Car, Yuxarı Tala, Aşağı Tala, Muxax və Sumaylı kəndlərinin ərazisinə qısamüddətli dolu yağıb.

Hazırda bölgədə sabit hava şəraiti müşahidə olunur.

Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO-VİDEO - foto 1
Zaqatalaya leysan yağdı, bəzi ərazilərə dolu düşdü - FOTO-VİDEO - foto 2

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO