Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR

Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR

Hazırda oxunan: Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR
617383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.

Bizim.Media "Qafqazinfo.az"a istinadən xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.

Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.

Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq açıqlama veriblər.

Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi:

"Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır".

Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib:

"Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq".
 

Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.


Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.

Şagird hazırda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO