Milli Observatoriyada MEDİATUR - FOTO

Milli Observatoriyada MEDİATUR - FOTO

Hazırda oxunan: Milli Observatoriyada MEDİATUR - FOTO
617373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur olub.

Bizim.Media xəbər verir ki, Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.

Onlara imtahanların təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verilib.

Jurnalistlər daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu bildirilib.
 

Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşların peşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə yönəlib.


Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyada əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumatlandırılıblar.

Milli Observatoriyada MEDİATUR - FOTO - foto 1
Milli Observatoriyada MEDİATUR - FOTO - foto 2
Milli Observatoriyada MEDİATUR - FOTO - foto 3
Milli Observatoriyada MEDİATUR - FOTO - foto 4
Milli Observatoriyada MEDİATUR - FOTO - foto 5

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO