Milli Observatoriyaya işə qəbulda kimlər imtahandan azad olunur?

Milli Observatoriyaya işə qəbulda kimlər imtahandan azad olunur?

Hazırda oxunan: Milli Observatoriyaya işə qəbulda kimlər imtahandan azad olunur?
617368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində, Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə müsabiqənin imtahan mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı imtahanla bağlı jurnalistlərə açıqlama verib.

O bildirib ki, müraciətlər nazirliyin vahid elektron platforması Əmək və məşğulluq altsistemi tərəfindən aparılır.
 

"Müsabiqə mərhələsi 2 hissədən ibarətdir. Birinci imtahan mərhələsidir, bu Milli Observatoriyanın qiymətləndirmə mərkəzi tərəfindən təşkil edilir. İmtahan 100 dəqiqə davam edir, 70 faiz sualı cavablandıran namizədlər uğurlu hesab edilir və ikinci, yəni müsahibə mərhələsinə buraxılır. Bu mərhələ öncədən elan olunmuş proqram əsasında namizədlərin bilik səviyyəsi və vəzifəyə uyğunluğu yoxlanılır.


Əsasən elmlər doktoru dərəcəsi olan, ən azı 5 il dövlət qulluğu stajı, peşəkar tibb və mühasib sertifikatı olan, yüksəliş müsabiqəsinin finalçıları, "Gənc Dost Könüllü" proqramını A sertifikatı ilə bitirən namizədlər sənəd qəbulu zamanı təsdiqedici sənədləri sistemə yükləməklə imtahan prosesindən azad olurlar".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO