BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılış mərasimi keçirilir – FOTO

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılış mərasimi keçirilir – FOTO

Hazırda oxunan: BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılış mərasimi keçirilir – FOTO

616735

Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edir.
 

Tədbir proqramına əsasən, qonaqların qarşılanmasından sonra rəsmi açılış mərasimi başlayacaq. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edəcəklər.


Çıxışlardan sonra BTQ-nin simvolik istifadəyə verilməsi mərasimi keçiriləcək və layihəyə həsr olunmuş videoçarx nümayiş etdiriləcək.

BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO