Rusiya Dövlət Dumasında Solovyov əleyhinə ÇAĞIRIŞ

Rusiya Dövlət Dumasında Solovyov əleyhinə ÇAĞIRIŞ

Hazırda oxunan: Rusiya Dövlət Dumasında Solovyov əleyhinə ÇAĞIRIŞ

616322

Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankov özünün "Telegram" kanalında "Solovyov Live" telekanalının dövlət maliyyələşdirilməsindən məhrum edilməsinə çağırıb.

Bizim.Media xəbər verir ki, deputat bu kütləvi informasiya vasitəsinin (KİV) nə üçün və kimin üçün yayım etdiyini anlamadığını etiraf edib.
 

Vitse-spiker kanalın aparıcısı Sergey Karnauxovun mövqeyi ilə razılaşmayıb. Qeyd edək ki, sözügedən aparıcı ərin xüsusi hərbi əməliyyatdan (XHƏ) qayıdaraq arvadını döyməsini normal hal hesab edir.


"Karnauxov, görünür, məişət zorakılığını normal hesab edir. Və belə insanların dövlət maliyyəsi hesabına yaşayan kanalda tribuna əldə etməsi mənə iyrənc gəlir", — deyə Dövlət Dumasının vitse-spikeri bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO