Tanınmış tarzən Asəf Zeynallının məzarının görüntülərini PAYLAŞDI:

Tanınmış tarzən Asəf Zeynallının məzarının görüntülərini PAYLAŞDI: "Bərbad vəziyyətdədir"

Hazırda oxunan: Tanınmış tarzən Asəf Zeynallının məzarının görüntülərini PAYLAŞDI: "Bərbad vəziyyətdədir"
613706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Asəf Zeynallının məzarı çox bərbad vəziyyətdədir" - Fotolar

Azərbaycan milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının məzarı hələ də bərbad vəziyyətdədir.

Bu barədə tanınmış tarzən Humay Qədimova sosial şəbəkədə məlumat yayıb.

Bəstəkarın məzarı başından fotolar paylaşan tarzən qeyd edib:

"Çoxdandır məni narahat edən bir məqam var. Təxminən 3 ay bundan öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacam. Baxımsız vəziyyətdədir. Bir neçə gün öncə yenə də ziyarət etdim. Bu kişi cəmi 23 il ömür yaşadı amma bu balaca ömrə böyük Azərbaycan mədəniyyəti yaratdı".

Humay Qədimova məsələ ilə bağlı aidiyyəti yerlərə müraciət etdiyini bildirib.

"Qeyd edim ki, mən Asəf Zeynallı adına kollecin məzunuyam və 15 ildir həmin kollecin müəlliməsiyəm.
Allah rəhmət etsin! ", deyə tarzən sonda qeyd edib.

Xatırladaq ki, bir neçə il öncə də bəstəkar Asəf Zeynallının məzarının bərbad vəziyyətdə olması ilə bağlı görüntülər yayılmışdı.

Asəf Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycan milli romans, piano və simfonik musiqinin banisi sayılır. Dahi Üzeyir Hacıbəyovun sinfini bitirmiş A.Zeynallı Tofiq Quliyev və Qara Qarayev kimi bəstəkarlara dərs keçib.(müsavat.com)

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO