Cinayət törətməyə meyilli BÜRCLƏR – Onları qatil olmağa sövq edən SƏBƏBLƏR

Cinayət törətməyə meyilli BÜRCLƏR – Onları qatil olmağa sövq edən SƏBƏBLƏR

Hazırda oxunan: Cinayət törətməyə meyilli BÜRCLƏR – Onları qatil olmağa sövq edən SƏBƏBLƏR

61166

İnsanların cinayət törətməyə meyilli olmalarının onların bürcləri ilə əlaqəli olduğunu söyləsək, bəlkə də, çoxunuz buna inanmayacaqsınız.

Lakin, əslində təkcə astroloqların rəyləri yox, eyni zamanda aparılan arşadırmalar nəticəsində əldə olunan statistik göstəricilər də bu iddianın doğrulunu ortaya çıxarıb.

Bizim.Media xəbər verir ki, ABŞ-ın Federal Tədqiqatlar Bürosunun siyahısı əsasında 12 bürcün nümayəndələrinin cinayətkarlığa olan meyilləri ortaya çıxıb.

Qeyd: Siyahı cinayətkarlığa daha az meyilli bürclərdən, daha təhlükəlilərə doğru hazırlanıb.

Əkizlər

Bu bürc siyahının birinci pilləsində qərarlaşıb. Onlar cəmiyyət üçün zərərsiz olsalar da, özlərinə qarşı heç də o qədər xeyirxah davranmırlar. Əkizlər bürcü statistikaya görə, ən təhlükəsiz bürc hesab edilir. Bu bürcün daşıyıcıları melanxolik olurlar. Fərqli ruh aləminə malik olmaları ilə seçilən əkizlər xüsusilə intihara meyillilikləri ilə fərqlənirlər. Nəticələrə görə bu bürc altında doğulanlar arasında intihar edərək ölən insanların sayı daha çoxdur.

Dolça

İdarəçilik xüsusiyyətləri güclü olan dolçalar cinayətkarlığa meyilli bürclər sırasında ikinci yerdədirlər. Öz prinsipləri ilə yaşayan dolça bürcü altında doğulan insanlar təhlükənin tam da özü hesab edilirlər. Onların prinsiplərinə toxunmadığınız müddətcə cinayətkar ola biləcəkləri ağlınıza belə gəlməz.

Tərəzi

Ədalətli insanlar olaraq xarakterizə edilən tərəzilər törətdikləri cinayətlərin sayına görə 10-cu pillədə qərarlaşıblar. Siyahıdakı cinayətkarlar arasında, tərəzi bürcü altında doğulan 10 qatilin insanları cüt-cüt öldürdükləri məlum olub. Hadisələri isə ədaləti bərpa etmək və başqa seçim şansları olmadıqları üçün törətdiklərini deyiblər.

Şir

Diqqət mərkəzində olmağı sevən bürclərdən biri də şirlərdir. Bürcün şəxsi keyfiyyətlərini əyani şəkildə tətbiq etməsi isə onu qatil edir. Belə ki, bu bürc altında doğulanlar (xüsusilə qadınlar) törətdikləri cinayətləri tanınmaq, məşhur olmaq məqsədilə etdiklərini deyiblər.

Qız

Qız bürcü altında doğulan insanlar psixoloji cəhətdən çox zəif olurlar. Onlar arasında psixopatlar da az deyil. Bürcün şəxsi keyfiyyətlərinə məxsus məsuliyyətli və dəqiq olması cinayətlərində də özünü büruzə verir. Qız bürcündən olan qatillərin törətdikləri cinayətlər ən incə məqamına qədər düşünüldüyü üçün dəlilləri tapmaq istintaq şöbəsinin olduqca çox vaxtını alır. Bu bürclərin ağır cinayətlərlərdən çox, dələduzluq, oğurluq, təcavüz kimi cinayətlərdə adları daha çox hallanır.

Qoç

Qoçlar təhlükəliliyinə görə altıncı yerdə gəlirlər. Bu bürcün nümayəndələri peşman olduqlarını desələr də onların müəllifi olduğu silsilə qətllərinin sayı da az deyil. Tərslik, inadçılıq, tez əsəbiləşən olmaları onları peşman qalacaqları əməllərə sürükləyən ilkin amillərdəndir. Digər qatil bürclər qoçlarla bir araya gəldikdə daha təhlükəli tandem təşkil edirlər.

Oğlaq

Oğlaq bürcü altında doğulan insanlarda rəqəm etibarilə cinayət sayını demək çətindir. Lakin tarix boyu ən ağır cinayətlərin müəllifləri məhz oğlaq bürcü altında doğulub.

Balıqlar

Su ünsürü olan balıqların törətdiyi cinayətlərin əksəriyyəti su ilə əlaqəlidir. Balıqların unutqan olmaları təəssüf ki, bu bürc altında doğulan insanlara köçürülmür. Balıqlar intiqam hissi ilə yanan bürc olduqları üçün onlara edilən pisliyi unutmurlar. Əllərinə düşən fürsəti isə yaxşı dəyərləndirirlər. Belə ki, ən təhlükəli canilər sinfindən olan silsilə qətllərin müəllifi olan balıqların qurbanlarının çoxunun cəsədi su hövzələrindən tapılır.

Buğa

Buğa bürcü cinayəti hökm kimi qəbul edir. Törətdikləri cinayətlərin böyük əksəriyyəti öz şəxsi çıxarları hesabına olur. Qoç bürcünün keyfiyyətləri ilə eynilik təşkil edən inadçılıq, tərslik onları da qatil olmağa vadar edir. Lakin buğalar cinayəti pul müqabilində törədir, hətta “killer” olurlar.

Oxatan

Dünyada oxatan bürcündə olanların bu qədər qatı cinayətkar çıxması həqiqətən təəccüblüdür. Cinayət aləminin kralı məhz bunlardır. Siyahıda oxatan bürcü altında doğulan qatillərin cinayət planları çox vaxt ortaqları ilə birlikdə hazırlanır.

Ağıllı addımları ilə mafiya lideri, narkobaron ola biləcək oxatanların cinayətləri haqqında fantastik filmlər çəkmək olar. Tarixin ən məşhur cinayətkarları Stalin başda olmaqla Pablo Eskobar, Ted Bandi, Çarlz Broson, məhz oxatan bürcündən olublar.

Əqrəb

Əqrəblər çox təhlükəli hesab edilir. Bu bürc altında doğulan insanlar iki yerə ayrılır: sülhsevər və davakar. Təbii ki, qatil ola biləcək məhz ikinci variantdır. Mərhəmətsiz əqrəblər cinayətlərində bürcün şəxsi keyfiyyətindən yəni, zəhərdən istifadə edirlər. Ən təhlükəli tərəfləri də məhz budur. Əqrəblər əksər hallarda sadistliyə meyilli olurlar.

Xərçəng

Xərçənglər daha çox qısqanclıq zəminində cinayət törədir. Bu bürc altında doğulan qatillər arasında çoxluq yenə də qadınlardır. Onlar bu sahədə birincidir. Bu bürcün törətdiyi cinayətlər pul, şöhrət üçün deyil. Onlar özlərinə aid olanı onlardan alan kəslərə ölüm hökmü kəsirlər. Daha çox qısqanclıq, duyğusallıq zəminində öldürməyə meyilli olduqlarını polisə ifadələri əsasında demək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO