Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

Hazırda oxunan: Bu ərazidə yeni metro stansiyası tikiləcək - VİDEO

609801

Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində, metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.

Araşdırma zamanı məlum olub ki, metronun "Nizami" stansiyasının yaxınlığında həqiqətən də yeni stansiya tikiləcək.
 

Lakin bu, məhz sözügedən qapalı ərazidə deyil. "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində "Nizami" stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək.


Qeyd olunub ki, hazırda "Nizami" stansiyasının yalnız bir çıxışı var və eskalatorların təmiri zamanı alternativ çıxış mövcud deyil. B5 stansiyasının tikintisi bu problemi də aradan qaldıracaq.

Məlumata görə, 2030-cu ilədək bənövşəyi xətt üzrə "Nizami" stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bununla da stansiyaya əlavə keçid imkanı yaradılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO