Gənclər niyə bu İXTİSASI seçir?

Gənclər niyə bu İXTİSASI seçir?

Hazırda oxunan: Gənclər niyə bu İXTİSASI seçir?

608257

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, daşınmaz əmlakın idarə olunması ixtisası da sözügedən siyahıya əlavə edilib.

Bəs bu ixtisasın perspektivi nədir? Niyə gənclər bu ixtisası seçməlidir?

Mövzu barədə Bizim.Media-ya təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi danışıb.

Onun sözlərinə görə, daşınmaz əmlakın idarə olunması ixtisası texniki və texnoloji ixtisaslar qrupuna daxildir:

Ötən illərə qədər yaradılan yeni ixtisasla uyğun təşkil edən “yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mövcud idi. Həmin ixtisası kənd təsərrüfatı ixtisaslar qrupunda görürdük. Həmin ixtisas üzrə bir neçə ali təhsil müəssisəsi qəbul aparırdı. Bura Bakı Dövlət  Universiteti, Memarlıq və İnşaat Universiteti və bir neçə bölgə universiteti daxildir”.

Ekspert hesab edir ki, bu ixtisas əmək bazarında kadr ehtiyacı yarandığı üçün əlavə olunub:
 

“Böyük ehtimalla yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisasının ya adında müəyyən dəyişiklik olacaq, ya da ixtisas olduğu kimi saxlanılacaq. Əlavə olunan ixtisas isə yeni hesab edilərək qəbul aparılacaq və plan yeri artacaq. Yeni ixtisas uyğun olduğu ixtisasın tədris olunduğu ali təhsil müəssisələri ilə yanaşı bir neçə ali təhsil müəssisəsində tədris oluna bilər.


Konkret olaraq daşınmaz əmlak üzrə bir menecment hesab edə bilərik. Mövcud vəziyyətdə ölkədə kifayət qədər daşınmaz əmlak şirkətləri var. Onların düzgün idarə olunması ilə bağlı mütəxəssislərə ehtiyac var. Bu ixtisasasa sahiblənənlər o qəbildən olan müəssisələrdə iş imkanı əldə edə biləcəklər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO