“Çətin vəziyyətdir, ölkədə biabır oldu” - Ailədən reaksiya

“Çətin vəziyyətdir, ölkədə biabır oldu” - Ailədən reaksiya

Hazırda oxunan: “Çətin vəziyyətdir, ölkədə biabır oldu” - Ailədən reaksiya
599616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq bir müddətdir ki, bloqer Çelsi Baxşıyevanın Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Anar Pirməmmədovla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib. Belə ki, o, A.Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki övlad atası olduğunu öyrəndiyini bildirib. Bloqer bununla bağlı silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, Anar Pirməmmədovun əmisi, Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədov Manset.az-a açıqlamasında hadisədən məyus olduqlarını bildirib.

“Mən bu məsələyə mat qalmışam, nə deyəcəyimi bilmirəm. Bu hadisə 4 il əvvəl baş verib. Özləri bilər, bir də Allah bilər. Qardaşımla da bu barədə danışmışıq. Anar ailəli adamdır, istəməzdik belə bir hal yaşansın.
 

Bu qız isə hələ də ondan əl çəkmir. Məqsədinin nə olduğunu bilmirik. Qardaşım oğlu bu faktı gizlətmir, aralarında münasibət olub. Anar müəllimin iki övladı var. Mən bu hadisədən sonradan xəbər tutmuşam. Bu məsələ üzə çıxandan sonra Anar işdən çıxarıldı.


Hazırda heç bir işlə məşğul deyil, evdədir. Çətin vəziyyətdir, ölkədə biabır oldu. Biz də narahatıq ki, uşağın ürəyi tutar, xəstə olar”, - İ.Pirməmmədov deyib.

Qeyd edək ki, Çelsi Baxşıyeva hazırda Azərbaycanda yaşamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO