Azərbaycanda ən populyar sosial şəbəkələr AÇIQLANDI

Azərbaycanda ən populyar sosial şəbəkələr AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda ən populyar sosial şəbəkələr AÇIQLANDI
599611
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin fevral ayında Azərbaycanda istifadəçilərin"Instagram" sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faiz bəndi azalaraq 16,85 faiz təşkil edib.

Bizim.Media bu barədə "Global Stats" Statistik Mərkəzinin məlumatlarına istinadən xəbər verir.

Bu göstərici üzrə ikinci yeri "Facebook" tutur. Hesabat ayında platformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizə çatıb.

Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə "YouTube" tutur (əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma).
 

Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi qərarlaşıb. Onun yerli bazardakı payı ötən ayla müqayisədə 2,16 faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.


Media platforması "LinkedIn" 5,79 faiz göstərici ilə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinci yeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).

Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə "X" platforması tutub (əvvəlki ayla müqayisədə 1,58 faiz bəndi azalma).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO