Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO

Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO

Hazırda oxunan: Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO
599373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Umar Cəbrayılovun aldığı güllə yarasından sonra xəstəxanada vəfat etməsi ilə bağlı yeni iddia səslənib. Onun kiçik qızı Alvina atasının intihar etmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Onu maliyyəçi Ceffri Epşteyn və ABŞ prezidenti Donald Tramp ilə bağlı işə görə susdurublar”, – deyə o qeyd edib.

Alvina Cəbrayılova hadisə ilə bağlı irəli sürdüyü versiyanın təfərrüatlarını açıqlamayıb.
O, hazırda yaşadığı Monakodan atasının dəfn mərasiminə qatılmaq üçün vəsait topladığını da elan edib. Onun sözlərinə görə, sahibkarla vida mərasimi doğulduğu Çeçenistanda keçiriləcək, lakin tarix hələ dəqiqləşdirilir.

Xatırladaq ki, martın 2-də 67 yaşlı Umar Cəbrayılov Moskvanın Tverskaya küçəsində yerləşən hotellərdən birində güllə yarası ilə aşkar olunub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daha sonra bir neçə mənbə onun paytaxtdakı hotellərdən birində intihar etdiyini iddia edib.

Qeyd olunur ki, ölümündən az əvvəl Cəbrailovun adı qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallarda hallanıb. Həmin sənədlərdə rusiyalı sahibkarın karate ilə məşğul olduğu anı əks etdirən foto da yer alıb.

Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO - foto 1
Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO - foto 2
Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO - foto 3
Umar Cəbrayılovun qızı: “Atam intihar etməyib, öldürülüb” - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO