Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO

Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO

Hazırda oxunan: Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
598764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bəzi məhsulların satışı həyata keçirilən köşklər son zamanlar ya bağlı olur, ya da sökülüb başqa yerə aparılır. Səbəb isə yollarda edilən bəzi dəyişikliklərdir.

Bizim.Media xəbər verir ki, satıcıların sözlərinə görə, alver 2-3 dəfə azalıb. Ziyana işlədiyini görən şəxslər isə obyekti bağlamağı seçiblər.
 

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, mümkün yerlərdə vətəndaşların və biznes subyektlərinin istəkləri nəzərə alınaraq xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinlərinə qısamüddətli minib-düşmək üçün şərait yaradılıb.


Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib və təhlillərin nəticəsinə uyğun olaraq proses davam etdirilir. Minik avtomobilləri ətrafda yaradılan parklanma yerləri, kəsişən, birləşən küçələrdəki münasib yerlərdə nəqliyyat vasitlərini saxlaya bilərlər.

Qeyd edək ki, sözügedən köşklərin yerləri dəyişilə biləndir. Bu səbəbdən həmin obyektlər nəqliyyata mane olmayan yerlərdə quraşdırıla bilər. (Xezer TV)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO