“Təfəkkür” liseyinin 3-cü sinif şagirdləri dərsi niyə baykot edib? - Rəsmi AÇIQLAMA

“Təfəkkür” liseyinin 3-cü sinif şagirdləri dərsi niyə baykot edib? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: “Təfəkkür” liseyinin 3-cü sinif şagirdləri dərsi niyə baykot edib? - Rəsmi AÇIQLAMA
59664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir həftə bundan öncə Sumqayıt şəhərində yerləşən “Təfəkkür” liseyində təhsil alan 3C sinfinin 33 şagirdi üç gün təhsil ocağına gəlməkdən imtina edib. Valideynlərin sözlərinə görə, onlar sinif rəhbərinin dəyişdirilməsini tələb edirlər. Bildirilir ki, sinif rəhbəri Səbinə Şahbazova tez-tez dərslərdə iştirak etmir və bu səbəbdən onun dərs keçməyini istəmirlər.

Məsələ ilə bağlı Bizim.Media olaraq Sumqayıt Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Təhsil İdarəsinin müdir müavini Ramin Abasov bildirib ki, problem sinif rəhbərinin analıq məzuniyyətində olması ilə bağlı olub:

“Müəllimə analıq məzuniyyətində olub müəyyən müddət və dərsdə iştirak etməyib. Onu bir müddət başqa müəllim əvəz edib. İndi isə müəllimə iş başına qayıdıb, amma valideynlər etiraz edərək əvəz edən müəllimin sinif rəhbəri olaraq qalmasını istəyiblər. Lakin müəllimə imtahan verərək yüksək balla həmin məktəbə və məktəblilərə sinif rəhbəri kimi təyin olunub. Bunu dəyişdirmək qeyri-mümkündür.
 

Yaranan problemi aradan qaldırmaq üçün tərəfimizdən valideynlərlə söhbət aparılıb. Müəlliməyə isə öz səlahiyyətləri izah olunub. Artıq problem öz həll yolunu tapıb”.


Liseydən verilən məlumata görə, uşaqlar artıq dərsdə iştirak edirlər:

“Artıq uşaqlarla söhbət aparılaraq narazılıqlar aradan qaldırılıb. Uşaqlar qaldıqları yerdən tədris prosesinə davam edirlər. Heç bir problem yoxdur”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO