Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 29 % artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 29 % artıb

Hazırda oxunan: Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 29 % artıb

577682
Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 089,591 milyon manat təşkil edib.
 
Moderator.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 % çoxdur.
 
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,3 % artaraq 1 milyard 261,014 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,8 % artaraq 3 milyard 621,416 milyon manat, aksizlər üzrə daxilolmalar 2,3 % artaraq 149,815 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 43,5 % artaraq 57,346 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO