
- A-
- A
- A+
Cəmiyyət
15:51 / 31.08.2026
Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto
Hazırda oxunan: Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto
634009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.
Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə,avtomobil yol kənarındakı ağaclara çırpılıb.
Qəza zamanı S.Quliyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































