
- A-
- A
- A+
Cəmiyyət
14:22 / 31.08.2026
Masallıda BƏDBƏXT HADİSƏ – Ağacları budamaq istəyirdi, həyatından oldu
Hazırda oxunan: Masallıda BƏDBƏXT HADİSƏ – Ağacları budamaq istəyirdi, həyatından oldu
633992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Masallı rayonunda ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Məmmədrzaküçə kəndində yaşanıb.
Kənd sakini, 46 yaşlı Əşrəf Əşrəfov həyətindəki palıd ağacını budamaq məqsədilə ağaca qalxıb.
Məlumata görə, həmin şəxs budama işləri zamanı müvazinətini itirərək yerə düşüb. Nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun cəsədi müvafiq qaydada aidiyyəti qurumlara təhvil verilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































