Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Hazırda oxunan: Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

634089

Göygöldə 32 yaşlı kişi bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində baş verib.
 

1994-cü il təvəllüdlü Elcan Həsənov bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. O, dərhal əməliyyata götürülüb, ilkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.


Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO